Tapmacalar bizim şifahi xaql ədəbiyyatının ən maraqlı və əyləncəli janrlarından biridir. Tapmaca tap qədimdən ata, babalarımızın əyləncə və kiminsə düşünmə qabiliyyətini yoxlamaq üçün istifadə edilən sözlərdir. Bunu həm ümumi məclislərdə, həmdə maraqlı ortamlarda insanlar əylənmək üçün istifadə edilir. Uşaqdan böyüyə hərkəsin sevərək sualı gözlədiyi və cavabını uzun müddət axtararaq tapdığı bu çətin tapmacalar və cavabları bir növ adət halınıda alımışdır. İndi isə sizə ən çox istifadə olunan tapmaca və cavablari aşağıda sizin üçün toplanmışdır. Baxıb yaxınlarınıza bu sualları verə bilər və vaxtınızı daha əyləncəli keçirə bilərsiniz.
Tapmacalar ve cavablari, onların növləri
Tapmaca vermək istəyərkən bəzən həmin stuasiyaya uyğun olanını axtardığınızıda bilirik 🙂 Buna görə də aşağıda sizin istəklərinizə və axtarışlarınıza uyğun olaraq onları istifadə yerlərinə görə qruplaşdırıb sizə təqdime edirik.
Maraqli tapmacalar
Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı.Açması: İl, aylar, günlər, gecə, gündüz
A lalələr, lalələr,
Gümüşdən piyalələr,
Göbəyindən dən yeyər
Bel üstündən balalar.Açması : rəndə
Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda.Fındıq
Bizim evdə iki gəlin var
İkisi də bir boyda.cavab: qapılar
A Yel baba, Yel baba,
Əynində məxmər əba.
Ağzın açıb-yumanda,
Od püskürər obada.Körük
Çətin tapmacalar
Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?Acmasi: tüstü və baca
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.Qələm
Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.Cavab: Bibər
Ağara-ağara
Girdi mağara.Ölü
Altı daş, üstü daş – arasında çəmənim,
Qazanda bişən duzsuz aşımdı mənim.Səməni
Asan Tapmacalar
Qənddən şirin, Baldan şirin. Tərəzidə çəkilməz, Bazarda satılmaz.
Cavabı: Yuxu
Gecə çağında,
Göl qırağında,
Tapın görək nə
Edərdi qurr-qurr?Cavabi: Qurbaga
Bir öküzüm var
Quyruğundan tutmamış,
Töləyə girməz.Qaşıq
Səhər çağında,
Gilas bağında,
Uçurdu bir quş,
Edirdi cik-cik.
Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir?
Gərək hamı bilə.Yağış
Qorxulu tapmacalar
Bir ağacım var – bir gövdəsi, beş budağı,
Hər budaqda bir sədəf.Acmasi: Bilək, barmaqlar və dırnaqlar
Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.acmasi: Kələm
Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.Cavab: Soğan
Tərəvəzlərin
Bir evciyi var
Orda yaşayır
Turp, soğan, xiyar.
Badımcan da var
Vardır kələm də.
Evcik əkilir
Hər yaz gələndəBostan
Yoxdur heç bir
Yerə yolu.
Qoynu mavi
Suyla dolu.Göl
Uşaqlar üçün tapmacalar
At baba, ha hut baba,
Dolan evi yat, baba.Açması: Süpürgə
Suda bitər, Suda itər.
Acmasi: Buz
Atdan hündür, itdən alçaq.
Cavab: Yəhər
O nədi ki, gecə-gündüz yol gedər, Bircə qarış yol gedər
Cavab: saat
Bazardan aldım bir dənə
Evdə açdım min dənəAçması: Nar
Gulmeli tapmacalar
A gedən kişi,
A gələn kişi,
Papağı yekə
Ayağı təkəTapmaca açması: Göbələk
A kişi, kişi
Əlində şişi.
Mənə bir at ver,
Nə erkək olsun, nə dişi.Tapmaca açması: Beşik
Yağış yağanda
Çimər, yuyunar.
Yayda geyinər,
Qışda soyunar.Acması: agac
İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.Açması: Bağ
Dadı həmişə
Acı olubdur.
Badımcan ilə
Bacı olubdur.Bibər
Ferqli tapmacalar
A kişi, kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar küləşi.Açması : Vəl
A mənim, al yastığım,
İçinə un basdığım.Açması: İydə
Yer altında sarı biz.
Kök
Niyə qəfildən
Oldu qırmızı?
Kim utandırdı
Bu gombul qızı.Pomidor
Guruldayıb
Çaxdı yaman.
Sonra yağış
Yağdı yaman.Şimşək
Meyvelere aid tapmacalar ve cavablari
Qahqah qalası var bunun,
Qan pilayası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.Çiyələk
Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadı bal.Cavabı: Şaftalı
Ağ uzatdım,
Al toxudum,
Qara sərdim.Böyürtkan
Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.Armud
Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq.Şaftalı