Müharibənin ən qızğın vaxtı hörmət etdiyimiz bir cənab general tərəfindən bizə deyildi ki, qanaxmadan çox şəhidlərimiz olur. Belə bir maddə var, hətta vena damarı belə yaralansa, bunu onun üzərinə qoysan, 4 saata kimi qanaxmanı saxlayır. Ancaq bu, bizdə yoxdur. NATO əsgərlərinə verilir. Allah Hacı Araz qardaşımızdan razı olsun. Həmin maddəni öz şəxsi vəsaiti hesabına 2 günə xaricdən gətirtdi.
Vetenqehremanlari.az xəbər verir ki, bunu iş adamı Ədalət Zamanov bildirib.
“Bizə də nəsib oldu, 2500 ədədi bütün korpuslara çatdırdıq. Araz qardaşımız müharibə başlanan gündən dekabra kimi öz vəsaiti hesabına Tərtər istiqamətində olan bir korpusun bütün ərzaq təminatını verib. Biz orada olanda hər gün 10-15 nəfər qadın və kişilərin necə çalışdıqlarının şahidi olmuşam. Allah Hacı Araz qardaşımızdan razı olsun. Malına-mülkinə bərəkət versin” – Ə.Zamanov qeyd edib.