Bakı, 9 iyun, AZƏRTAC
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələlər barədə məlumat verib.
İclasda Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri dosent Canməmməd Rüstəmovun, həmçinin elmi işçilər – Aynurə Həsənova və Şəbnəm Ağayevanın Estoniyanın Tartu Universitetinin nəzdindəki Tartu Rəsədxanasına ezam olunması ilə bağlı aidiyyəti şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar verilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
AZERTAG.AZ :Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
[ad_2]