Albert Aqarunovun xatirəsi yad edilib

25 aprel tarixində Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli şəhid Albert Aqarunovun ruhunun əziz xatirəsi 53-cü yaş günündə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi, yaxınları və sevənləri tərəfindən yad edildi. Şəhidimizin ruhuna həm Molla, həm də Ravvin dualar oxudu.
Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi, Nərimanov rayon ictimaiyyəti, Xəzər rayon nümayəndəliyinin rəhbəri Elçin müəllim, Suraxanı rayon nümayəndəliyinin rəhbəri Sevil xanım, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədr müavini Fəranə xanım və həmçinin, bir çox ictimai xadimlər, döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları iştirak etdi.
Milli Qəhrəmanımızın məzarı ziyarət olunduqdan sonra Nərimanov rayon ərazisində yerləşən büstü ziyarət edilərək tədbirə son verildi.
Tədbir boyu iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

 

Nərmin Səfərova

Leave A Reply

Your email address will not be published.