Albert Aqarunov anılıb

8 may tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı, yəhudi əsilli şəhidimiz Albert Aqarunovun ruhunun əziz xatirəsi vəfat günündə məzarı başında anıldı. Bu münasibətlə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov və heyəti Şəhidlər xiyabanında şəhidimizin məzarını ziyarət edib. Məzarı başında həm Molla, həm də Ravvin dualar oxuyan şəhidimiz Alberti yad etməyə yaxınları, əzizləri və onu sevənlər toplaşmışdı. Tədbir iştirakçıları Albertlə bağlı xatirələrini bölüşüb və sonda xatirə şəkilləri çəkdirdilər.

Nərmin Səfərova

Leave A Reply

Your email address will not be published.