“44” filminin çəkilişləri başa çatıb
Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib:
“Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.
Mir Əjdər Dadaşov
VƏTƏNQƏHRƏMANLARI.AZ
