Növbəti medalımız ondan gəldi
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
“Qafqazinfo” xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışının final mərhələsində çıxış edib.
O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.