ABŞ Ukraynada nüvə silahından istifadəyə hazırlıq əlaməti görmür
ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür və nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Biz Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmürük”- deyən Jan-Pyer əlavə edib ki, ABŞ öz növbəsində nüvə qüvvələrinin hazırlığını tənzimləmək üçün heç bir səbəb görmür.