Siyası Online Qəzet

Bakıda “Dostluq körpüsü” adlı tədbir keçirilib

“İstedadları tanıyaq və tanıdaq” İB-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə Dəstəyi ilə həyata keçirdiyi “Regionlarda İstedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi” adlı layihənin icrasının yekununda “Dostluq körpüsü” adlı tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının dövlət Himni səsləndirildi. Müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə millət vəkilləri, şəhid ailələri, QHT sədrləri, jurnalistlər, sənətçilər, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarından gələn istedadlı uşaq və gənclər, həmçinin istedadlı əlillər qoşuldu. Maraqlı çıxışlarla yaddaqalan tədbirin sonunda İstedad müsabiqəsinə qoşulan 200 nəfərdən 100 nəfər istedadlı mükafatlandırıldı. Sonda xatirə şəkli çəkdirildi.