Siyası Online Qəzet

Səadət Qarayeva: “Bu, birlikdə böyük qələbəmiz idi”

 

“15 il əvvəl Krasnoyarskda “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı təsis edilib. Ansamblın bu günə qədər 100-dən çox rəqqası, həmçinin Azərbaycan klassik və xalq mahnılarını ifa edən istedadlı vokalçıları var Onlarla təcrübəli xoreoqraflar, baletmeysterlər, repetitorlar, müəllimlər işləyir”. Bu fikirləri “Odlar Yurdu” ansamblının direktoru Səadət Qarayeva özünün “Facebook” səhifəsində bildirib.

Səadət Qarayeva qeyd edib ki, əvvəlcə “Odlar Yurdu” sadəcə həvəskar rəqs ansamblı idi: “Zəhmətkeşliyi, vilayətin yaradıcı həyatında fəal iştirakı və kollektivdə işləmək bacarığı “Odlar Yurdu” mahnı və rəqs ansamblının “xalq” fəxri adı ilə təltif olunmasına səbəb oldu. Bu, birlikdə böyük qələbəmiz idi”.
O, fürsətdən istifadə edərək ansamblın yaranmasında əməyi keçən və illər boyu dəstək olan hər kəsə təşəkkür edib: “Bu münasibətlə xüsusi təşəkkürümü bildirirəm:
– Krasnoyarsk diyarının qubernatorunun ictimaiyyətlə əlaqələr şöbəsinə;
-Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyinə;
-Krasnoyarsk şəhərinin administrasiyaları;
– Krasnoyarsk diyarının regional Azərbaycan milli-mədəni muxtariyyəti;
– ansamblın həmtəsisçisi və ilk direktoru Ələkbər Karaevə
və bütün bu illər boyu isti ocağımız olan əmək sarayına.
Sizin dəstəyiniz, eləcə də bütün komandanın fədakar əməyi sayəsində Azərbaycan mədəniyyətini təkcə Krasnoyarsk torpağında deyil, ondan çox kənarda da təmsil edə bildik”.