Siyası Online Qəzet

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub

Azərbaycan Universitetində “Qəlbi vətənlə çırpınan insan” adlı kollektiv monoqrafiya işıq üzü görmüşdür. Əsər Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında hazırlanaraq ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva və Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin elmi redaktorluğu ilə çapdan çıxıb.
Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolu, fəaliyyəti, daxili və xarici siyasəti azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, Kipr, İraq, Serbiya və Misirdən olan tədqiqatçılar tərəfindən işıqlandırılmışdır.