Siyası Online Qəzet

SOCAR-ın Ekoloji Monitorinq Proqramının icrası məqsədilə SOCAR Tower-də görüş keçirilimişdir

SOCAR-ın Ekoloji Monitorinq Proqramının icrası məqsədilə SOCAR-ın Baş ofisində 02.05.2023-cü il tarixində “Ekol Mühəndislik Xidmətləri” QSC və SOCAR Upstream Management İnternational LLC şirkəti ilə birgə görüş keçirilmişdir (ekol.az).

Görüşdə SOCAR-ın Baş ofisinin, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin, SOCAR Upstream Management İnternational LLC-nin,  Əməliyyat Şirkətləri və Birgə Müəssislərinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin mütəxəssisləri ətraf mühitin mühafizəsinin təmin olunması istiqamətində beynəlxalq standartlara uyğun olaraq karbohidrogen hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması, kompleks ekoloji monitorinq və laboratoriya xidmətləri, tullantıların idarə edilməsi, stasionar və mobil mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin, emissiyaların və çirklənmə mənbələrin ölçülməsi, inventarlaşdırılması və hesabatlılığı, ekoloji normativ sənədlərin işlənməsi, layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi sənədlərinin hazırlanması barədə təqdimatla çıxış edərək idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin “Ekologiya” İdarəsinin rəisi Əflatun Həsənov SOCAR-ın Ekoloji Monitorinq Proqramı haqqında əmrin icrası məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi barədə çıxış etmiş və birgə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əsas meyarları olduğunu bildirmişdir.

Təqdimatın sonunda birgə müzakirələr keçirilmiş Əməliyyat Şirkətləri və Birgə Müəssisələrinin nümayəndələri tərəfindən ünvanlanan suallar aidiyyəti üzrə mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Sonda keçirilən görüş Ekoloji Monitorinq Proqramın icrası və digər ekoloji xidmətlərin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilmiş, gələcək perspektivlərin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradacağı bildirilmiş və bu kimi tədbirlərin Əməliyyat Şirkətlərində və Birgə Müəssisələrində davamlı olaraq həyata keçirilməsi qərara alınmışdır.