Siyası Online Qəzet

Azərbaycan-Türkiyə münasibətləri iki qardaş ölkənin dünya birliyində də çox mühüm yer tutmasına zəmin yaradır – QHT sədri

Azərbaycan-Türkiyə münasibətləri milli-etnik kimliyə və bu kimliyin dərk edildiyi doğmalıq hisslərinə köklənib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Heç bir qüvvə Azərbaycan ilə Türkiyə arasındakı dərin bağları qopara bilməz.

Bu sözləri “Azərtac”a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

QHT sədri deyib ki, əslində, bu münasuibətlər milli-etnik kimlik, bu kimliyin dərk edildiyi doğmalıq hisslərinə köklənib: “Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Amma təəssüf ki, tarixi təcrübə göstərir ki, bəzən siyasi məqamlar, dövlətlərin apardığı siyasət, dövlətlərarası münasibətlər, regional və qlobal proseslər bəzən ən yaxın, ən doğma xalqları, hətta ayrı-ayrı siyasi hakimiyyətin təsirilə, parçalanmağa məruz qalmış eyni millətin  ayrı-ayrı kəsimləri arasında da problemlər yaşanır, münasibətlər gərginləşir, hətta düşmənçilik səviyyəsinə belə çatır (məsələn, vaxtilə alman xalqı və  koreya xalqı, bu gün rus və ukrayna xalqları və s.).

Tarixin müxtəlif məqamlarında siyasi proseslər, böyük imperiyaların ambisiyaları, “parçala hökm sür” siyasəti və s. Azərbaycan və anadolu türklərinin münasibətlərini sınağa çəkimiş, müəyyən dövlər bu  əlaqələr məhdudlaşdırlsa da, zəifləsə də,  lakin heç bir təzyiq bu münasibətləri aşılamamış, heç bir qüvvə bizim aramızda olan dərin bağları qopara bilməmişdir”.

O bildirib ki, tarixə eksurs etmədən, sadəcə bir neçə məsələyə toxunmaq kifayətdir, bu barədə müəyyən  təsəvvür yaransın: “Məlum olduğu kimi Rusiya impetriyasının ( sonralar SSRİ-nin) tərkibində olan Azərbaycanda,  imperialist-şovinist,  totalitar rejim tərəfindən, Türkiyəyə olan doğmalığı bilərək, hər-hansı münasibətlərə, əlaqələrə qəti qadağalar qoyulmuşdu. Bu əlaqələr – həm diplomatik, həm siyasi, həm iqtisadi, həm mədəni və s. Azərbaycan Respublikssını müstəqilliyini bərpasında sonra qurulmağa başladı. Bu 30 ildə bu proses yüksələn xəttlə inkişaf etməyə başladı.  Hələ müstəqılliyin ilkin dövrlərində müdrikcəsinə və uzaqgörənliklə səsləndidrilmiş “bir millət iki dövlət” tezisi, tədricən dövlətlərarası münasibət siyasətinin ana xətti oldu.  Əlbəttə ki, bu proseslər indi göründüyü kimi, rahat və yumşaq getmirdi, həm beynəlxaql aləmdə, həm Azərbaycanda, həm də Türkiyədə bu yaxınlaşmanı istəməyən, hər vəchlə problemlər yaratmağa, maneələr törətməyə çalışan qüvvələr var idi və bu gün də var.

Artıq hazırda,  həm ölkədaxilində, həm xaricdə hər kəs, dostlar da, düşmənlər də bilir və etiraf edir ki, bu iki qardaş dövlət arasında münasibətlər, bu günkü  kimi yaxın, dərin, çoxşaxəli olmayıb. Yuxarıda deyildiyi kimi bu münasibətlər “bir millət iki dövlət” prinsipin üzərində qurularaq, bu gün dünya siyasət və diplomatiya tarxində müqayisə edilməyəcək dərəcədə, bənzərsiz mahiyyət daşıyan, unukal bir müstəviyə yüksəlmişdir. Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan  vəTürkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf etməkdədir. Müasir  dövrdə Azərbaycanın etibarlı  strateji  tərəfdaşı  olan  Türkiyəilə münasibətlərin  möhkəmləndirilib    daha    da genişləndirilməsi  Azərbaycan dövlətinin  xarici  siyasətinin çox mühüm tərkib  hissəsidir. İki dövlətin  rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.

30 il ərzində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı 400-ə yaxın sənəd–saziş,  müqavilə,  memorandum, protokol,  bəyannamə,  razılaşma  və sərəncam  imzalanmışdır. Ələlxüsusda son illər ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr, sənədlər, o cümlədən “Şuşa Bəyannaməsi”, bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi təkcə bu iki qardaş dövlətin mənafeyinə xidmət etmir, həm də regional və beynəlxalq sülhə və rifaha, sabitliyin bərqərar olmasına mühüm töhfə verir. Hesab edirəm ki, şübhəsiz ki, məhz bu unikal münasibətlər iki qardaş ölkənin dünya birliyində də  çox önəmli yer tutmasına, möhkəmlənməsinə daha əsaslı zəmin yaradır və bu mövqe getdikcə inkişaf edəcəkdir”.