Siyası Online Qəzet

Əliabbas Salahzadə seçiciləri ilə növbəti görüşünü keçirib

Milli Məslisin deputatı Əliabbas Salahzadə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının qərargahında seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə seçiciləri narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Azərbaycanın uğurlarından bəhs edib. Bildirib ki, sabitlik və iqtisadi inkişaf digər sahələrin tərəqqisində mühüm amildir. Ölkəmizin iqtisadi qüdrətinin artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasını şərtləndirir. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentinə inam və etimadı böyükdür. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan başlanan bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Dövlət başçısı İlham Əliyev hər bir vətəndaşın Prezidenti  olduğunu atdığı addımları ilə təsdiqləyir. Daim bu çağırış edilir ki, vətandaş  amili, vətəndaş məmnunluğunun artırılması dövlətin siyasətinin əsasıdır.

Görüşdə seçicilərin müraciətləri dinlənilib. Bir qismi yerində həll olunub. Digər qismi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə minnətdarlıqlarını, onları narahat edən məsələlərin qısa zamanda həllini tapacağına əminliklərini ifadə ediblər.