Siyası Online Qəzet

4 ayda Rusiya sülhməramlıları tərəfindən Qarabağda yaşayan ermənilər üçün hansı mallar daşınıb?

12.12.2022-08.03.2023-cü il tarixlərdə RF sülhməramlı kontingenti tərəfindən Qarabağda yaşayan ermənilər üçün aşağıdakı ərzaq və gündəlik təlabat malları, o cümlədən oradakı ermənilər üçün humanitar aksiyalar təşkil edən “Hayer Miatsek” (Erməni birliyi) təşkilatının da sifariş etdiyi məhsullar daşınmışdır:

– dəmir profil-2 ton;
– dəmir odun sobaları-1 kamaz avtomobili həcmində;
– süni odun 7 ton;
– plastik qablar 7 ton;
– elektrik kabelləri-11 min metr Uzunluğunda 11 ton ağırlığında;
– internet avadanlıqları bir avtomobil həcmində;
– suvarma sistemi avadanlıqları 2 kamaz avtomobili həcmində;
– heyvan yemi 170,5 ton;
– mühərrik yağı 18 ton;
– avtomobil şinləri 10 ton;
– 10 elektrik generatoru və 3 tranformator;
– akkumulyator 10 ədəd;
– yanacaq-1250 ton.
– yuyucu vasitələr 70 ton;
– bezlər 4 ton;
– salfet13ton;
– siqaret 14-18 min blok
– alkoqolsuz içkilər 39 ton;
– şirniyyat 115 ton;
– yağlar (əsasən bitki yağları) 167 ton;
– konserv 185 ton;
– fərdi quru ərzaq payı 16 ton;
– ət 16 ton;
– dondurulmuş balıq 14 ton;
– dondurulmuş toyuq 42 ton;
– yumurta 43 ton;
– un 38 ton;
– süd məhsulları 52 ton;
– kartof 483 ton;
– kələm 134 ton;
– qarabaşaq 159 ton;
– şəkər 133 ton;
– noxud 16 ton;
– buğda 118 ton;
– makaron 161 ton;
– lobya 137 ton;
– ət məhsulları 50 ton;
– mərcimək 7 ton;
– yerkökü 80 ton;
– tərəvəz 24 ton;
– uşaq yeməkləri 3 ton;
– düyü 173 ton;
– qarışıq ərzaq məhsulları 316 ton;
– duz 40 ton;
– soğan 90 ton;
– meyvə 471 ton;