Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman Qorxmaz Eyvazovun mövlud günüdür

Bu gün Azərbaycan Respublikasının şəhid Milli Qəhrəmanı Qorxmaz Eyvazovun mövlud günüdür. Əfsanəvi qəhrəmanımız Eyvazov Qorxmaz Laçın rayonunun sayılıb – seçilən oğullarından idi. O, hər zaman vətən üçün, el – obası üçün qəhrəmanlıq nümunəsi idi. Çünki Qorxmaz Eyvazov müharibə başlamadan öncə də polis orqanlarında çalışdığı zamanlarda hər bir laçınlının ümid yeri idi. Çünki hələ Sovet hakimiyyəti dövründə ermənilər Laçın rayonunda müəyyən təxribatlar törətməyə cəhd edirdi və Qorxmaz qəhrəman polis əməkdaşı kimi onların cəhdlərinin qarşısını alırdı.
1-ci Qarabağ müharibəsi başlayarkən Qorxmaz Eyvazov döyüşə qatıldı və Qorxmazın qəhrəmanlıqları artıq düşmənə məlum idi. Ermənilər onu məhv etmək müəyyən məbləğdə pul mükafatları ayırmışdı.
1994-cu ildə Cocuqmərcanlı uğrunda gedən döyüşlərdə Qorxmaz Eyvazov qəhrəmancasına şəhid olmuşdur.
Bu gün Qorxmaz Eyvazovun oğlu atasının davamçısı olaraq Daxili işlər orqanlarında atasının yolunu davam etdirir və xalqının, millətinin asayişinin keşiyində dayanır.
Milli Qəhrəmanlar Birliyinin sədri Elşən Uluxanlının rəhbərliyi altında qəhrəmanımızın Sumqayıt şəhərində yerləşən məzarı ziyarət edildi və ailəsinə başsağlığı verildi.
Biz də “Vetenqehremanlarıi.az” saytı olaraq Qorxmaz Eyvazovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.


Nərmin Səfərova