Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman Murad Mirzəyevin doğum günündə məzarı ziyarət olunub

Bu gün Azərbaycan Respublikasının əfsanəvi şəhid Milli Qəhrəman, Xüsusi təyinatlı Murad Mirzəyevin doğum günü münasibətilə Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının rəhbərliyi altında birliyin Nərimanov rayonu, Xəzər rayonu, Binəqədi rayonu, Xətai rayonu, Nəsimi rayonu, Abşeron rayonu, Nizami rayonu və həmçinin, “Vetenqehremanlari.az” saytı üzvləri ilə birlikdə qəhrəmanımızın 2-ci Fəxri xiyabanda yerləşən məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzdülər. Tədbir zamanı qəhrəmanımızın ailə üzvləri ilə görüşüb onlara Allahdan səbr dilədilər. Murad Mirzəyevin bütün türk dünyasının qəhrəmanı olduğunu və üçrəngli bayrağımız dalğalandıqca Murad və Murad kimi oğulların daima qəlbimizdə əbədi yaşayacağını vurğuladılar .

Nərmin Səfərova