Siyası Online Qəzet

Nərimanovda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi adlı tədbir keçirilib.

Ziyalıların, elm xadimlərinin və gənclərin iştirak etdiyi konfrans Ölkəmizin Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Ulu Öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycançılıq ideologiyasının formalaşmasındakı misilsiz və əvəzsiz xidmətlərindən danışıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiyanın hazırda uğurla davam etdirildiyini, Ölkəmizin Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək, regionda vacib aktorlardan birinə çevrildiyini bildirdi.

Tədbir görkəmli elm xadimlərinin və digər natiqlərin maraqlı çıxışları ilə yadda qaldı.