Siyası Online Qəzet

Qarabağ ermənilərinin indikindən daha yaxşı yaşamaq üçün şansları hələ də qalıb – QHT sədri

Əlbəttə ki,  qalib tərəf olaraq alicənablıq göstərən, regionda sülhün, əmin-amanlığın yaranmasına nail olmaq,  həmçinin öz vətəndaşları olan Qarabağ ermənilərini mümkün təhlükələrdən qorumaq, onlara daha rahat, normal yaşayışla  təmin etmək üçün Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi. Amma təəssüf ki, yenə də erməni tərəfi öz məkrli, kin-küdurətlə dolu xislətinə uyğun olaraq bu təklifi də cavabsız qoydu.

Bu fikirləri KİV-ə açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

O deyib ki, bir tərəfdən bu onları təəcübləndirmədi: “Son zamanlar Ermənistan hakimiyyəti və cəmiyyəti, həm də Qarabağda yaşayan ermənilərin “rəhbərlyi”,  bir tətəfdən Fransanın birtərəfli, qeyri-obyektiv yanaşmalarından, boğazdan yuxarı, imkanlarını uyğun gəlməyən ambisiyalı vədlərinə, digər tərəfdən guyaki “islamın qoruyucusu” missiyasını həyata keçirirmiş kimi görünməyə çalışan, əslində isə İslamı parçalayan, onu nüfuzdan salan, öz mənfəətlərin naminə nəinki erməni ilə hətta “şeytanın özü ilə belə sövdələşməyə getməyə hazır olan”, əqidəsi, siyasi xətti fars şovinzmi olan İranın məkrli xəyanətindən, həmçinin imperiya niyyətlərindən əl çəkmək istəməyən, ikibaşlı qeyri-səmimi münasibəti ilə hər kəsə “göy muncuq” göstərən, belə hiyləgər siyasəti ilə regionda qalmağa, dünyada sürətlə düşməkdə olan nüfuzunu qorumağa çalışan Rusiyanın pərdəarxası saxta vədlərindən ruhlanaraq fəallaşması, revanşist, qisasçılıq çağırışları buna sübutdur. Son bir ildə ermənilərin mövqelərinin, fikirlərinin 180 dərəcədə dəyişməsi məhz bundan qaynaqlanır.

Amma, əslində, regionun təhlükəsizliyi bir tərəfi,  ən azından öz dövlətinin, mənsub olduğu millətin taleyinin düşünən, kiçikdə olsa beyni, düşümək qabiliyyəti olan siyasətçi  bu çətin və qarışıq zamanda kimlərinsə isti kabinetdə oturaraq boş vədlərinə inanmaz, hansısa qüvvələrin (həm də bir-birinə zidd, düşmən olan qüvvələrin) alətinə çevirlikmək istəməzdi. Həm də, həmin  qüvvələrin ambisiya, nüfuz və siyasi-hərbi mübarizəsi sənin dövlətinin viran qalması, on minlərlə soydaşının məhvi ilə nəticələnə bilər.

Nəhayət ki, anlamalıdırlar ki, Ermənistanın, həm də Qarabağda yaşayan ermənilər gündəlikdə olan məsələlərə, edilən təkliflərə   qeyri-konstruktiv münasibətini nümayiş etdirməyə davam etdirərsə, mövcud vəziyyətdən nəticə çıxarmayacağı halda Azərbayvcan tərəfi, adekvat tədbirlər görmək, dövlətin daxilində anti-terror əməliyyatı keçirmək hüququndan istifadə edə bilər.

Ermənilər, ələxüsus da onların başbilənləri, bir daha papaqlarını (əgər varsa) qarşılarına qoyub fikirləşməlidirlər, bu vəziyyətdən başqa çıxış yolu yoxdur.  Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi, qanunlarımıza tabe olaraq, Azərbaycan dövlətinə sədaqət andı içməli, öz normal və hətta daha yaxşı, daha təminatlı formada evlərində yaşamağa davam etdirmək şansları hələ ki qalıb. Saxta, heç kimin tanımadığı qəbul etmədiyi, dağılmış viran qalmış bir ilğım bir mühitdə, ac-yalavac daim qorxu içində sürünmək əvəzinə inkişaf etmiş, iqtisadi cəhətdən günü-gündən inkişaf edən, hərbi cəhətdən qüdrətli, regionun lider dövləti olan Azərbaycan Respublikasının vətəndaşı olmaq, daha firavan yaşamaq şansı!   Azərbaycan tərəfi hələki qapıları açıq saxlayıb.  Əks halda ərazini tərk etməli olacaqlar. Birmənalı olaraq, başqa yol yoxdur!!!

Ermənilər anlamalıdırlar, neçə ki, gec deyil  Azərbaycanın alicənablığından istifadə etmək, öz evlərində yaşamaq, həm daha yaxşı şərtlərlə yaşamaq şanlarını əldən verməmək üçün konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər”.