Siyası Online Qəzet

Küveyt məktəbində Azərbaycan mədəniyyətinin təqdimatı olub

Novruz bayramı ərəfəsində Küveyt Dövlətinin “Hissa Əl Hanif” orta məktəbində dünya xalqlarının mədəniyyəti, milli geyimləri, adət-ənənəsi, turizmi haqqında tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan da öz yerini tutmuşdur.

Bu haqda saytımıza Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə məlumat vermişdir. Azərbaycanı təmsil edən küveytli şagird Leyla Əl Avadi öz növbəsində Azərbaycanın milli geyimini, 3 rəngli bayrağını tədbirdə iştirak edən müəllim və şağirdlərə təqdim etmişdir.
Leyla Əl Avadi Novruz bayramı, ölkəmizin tarixi gəzməli-görməli yerləri haqqında danıçmış, Azərbaycan dilinin necə zəngin dil olduğunu tədbir iştirakçılarına  nəql etmişdir.
Xatırladaq ki, Leyla Əl Avadi “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin qızıdır.