Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman Samir Xasiyevin anım günüdür

Bu gün Azərbaycan Respublikasının şəhid Milli Qəhrəmanı Xasiyev Samir Zirəddin oğlunun anım günüdür . Bu münasibətlə Vetenqehremanları.az saytı olaraq heyətimiz qəhrəmanımızın anası Gözəl xanım ilə birgə 2-ci Fəxri xiyabanda yerləşən məzarını və həmçinin, Nərimanov rayonu ərazisindəki Samir Xasiyev parkındakı büstünü ziyarət etdi.
Gözəl xanım oğlu haqqında xatirələrini bizimlə bölüşdü və övladının qəhrəmanlığı ilə qürur duyduğunu bir daha vurğuladı.
Vetenqehremanları.az saytı olaraq şəhidimizin ailəsinə və yaxınlarına baş sağlığı versin və səbr dilədik.
Allah rəhmət eləsin!