Siyası Online Qəzet

Azərbaycanlı idmançı Polşada keçirilən MMA üzrə yarışda çempion olub

Polşada MMA üzrə çempionat keçirilib. MMA üzrə azərbaycanlı idmançı Deni Malikov kişilər arasında 4 döyüş keçirib və qızıl medala sahib olaraq bayrağımızı ucaldıb.

Xatırladaq ki, Deni Malikov Polşanın Varşava şəhərində yaşayır. Hazırda Deninin 22 yaşı var. Deni Malikov ötən il məşq zamanı ağır travmayla xəstəxanaya yerləşdirilmişdi. Polşada yaşayan soydaşlarımızın dəstəyi ilə Deni Malikov müalicə olunaraq yenidən yarışlara qatılıb. Deni Malikov ona dəstək olan soydaşlarımıza təşəkkür edib. “Mənə dəstək olan adamlardan Allah razı olsun demək istəyirm”, -deyə o, özünün “Facebook” profilində paylaşım edib.

image-331758869_1625508017884597_5286845190925601105_n

image-330655728_1835647506805283_8990620695083749848_n