Siyası Online Qəzet

Krasnoyarskdakı deputatımız Rusiya Prezidenti tərəfindən təltif edilib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən bir sıra tanınmış şəxslərin təltif olunması ilə bağlı sərəncam imzalayıb. “Diaspornews.az” xəbər verir ki, təltif olunanlar arasında Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov da var. Sərəncama görə Taleh Mahmudov Rusiya Federasiyasının Prezidenti tərəfindən “Təşəkürnamə” ilə təltif olunub.

Xatırladaq ki, Taleh Mahmudov 1998-ci ildən aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və adət-ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradılıb. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. 2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya Partiyasına üzv olub. Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla da təltif olunub.

image-collage-maker-01-feb-2023-10-56-am