Siyası Online Qəzet

Xəzər Universitetinin heyəti Türkiyəyə gedir

2023-cü il yanvarın 22-27-də Türkiyənin Ankara, Kırşehir, Nevşehir və Kapadokya şəhərlərinə səfər edəcəklər.

Bununla əlaqədar olaraq 2023-cü il yanvarın 17-də universitetin rektoru İradə Xəlilova Türkiyəyə səfər edəcək qrupun üzvləri və rəhbər heyəti ilə görüş təşkil edib.

Qrupun rəhbəri İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli də proqramda iştirak edəcək tələbələr və səfərə hazırlıqla bağlı ətraflı açıqlama verib.

İ. Xəlilova iştirakçıları təbrik edərək, onlara qarşıdakı səfərdə uğurlar arzulayıb. Səfər hazırlıqlarını yüksək qiymətləndirən İ. Xəlilova
iştirakçılarla xatirə şəkilləri çəkdirib.

Universitetin nümayəndə heyəti beş gün ərzində Türkiyə Gənclər və İdman Nazirliyinin protokoluna uyğun olaraq Ankarada Cümhurbaşkanlığı Külliyesinde, Türkiyə Böyük Millət
Məclisində (TBMM), Türkiyə Gənclər və İdman Nazirliyində, valiliklərdə görüşlər keçirəcək və proqram çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Proqrama uyğun olaraq nümayəndə heyəti Kırşehir, Nevşehir və Kapadokyanın tarixi yerləri ilə də tanış olacaq, yerli universitetlərdə görüşlərə qatılacaqlar.

Qeyd: Nümayəndə heyətinin Media Qrupu tərəfindən görüşlər haqda ictimaiyyətə davamlı məlumatlar veriləcək.

Kanal 20 TV, Səbuhi Bayramov