Siyası Online Qəzet

“Badamlı75” lotereyasının son tirajının qalibləri müəyyən olundu

“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75”  tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin səkkizinci tirajının və ikinci mərhələsinin qalibləri 25.12.2022 –ci il tarixində müəyyən olundu.

“Badamlı”nın rəsmi “Facebook”, “YouTube” və “Instagram” səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından ilk mərhələsinin səkkizinci tirajında 75 kod, yəni 75 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıblar. İkinci mərhələdə isə avtomobilin qalibi müəyyən olunubdur.

Beləki, səkkizinci tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 25 ədəd iPhone 13, 25 ədəd Samsung Galaxy S21, 8 ədəd HP notbuk,  8 ədəd JBL qulaqlıq, 9 ədəd Elektrikli skuter qazanıblar. Ikinci mərhələdə isə Bakı şəhərindən olan iştirakçı “BESTUNE T99” avtomobili qazanıb.

Qalib kodların sahibləri Bakı şəhəri, Bərdə rayonu, Şirvan şəhəri, Zaqatala rayonu, Gəncə şəhəri, Samux rayonu, Şəmkir rayonu, Abşeron rayonu, və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Şahbuz rayonu, Kəngərli rayonu, Culfa və Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə Badamlının Bakıda və Naxçıvanda yerləşən ofislərində 29 dekabr 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər Badamlı sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.
Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022–ci il tarixləri arasında hər ay keçirilən lotereyada ümumilikdə 226 uduş oynanılmışdır.

75 ədəd – iPhone 13

75 ədəd – Samsung Galaxy S21

25 ədəd – HP Notbuk

25 ədəd – SEGWAY: Elektrikli Skuter

25 ədəd – JBL T510BT qulaqlıq

1 ədəd – BESTUNE T99 minik avtomobili