Siyası Online Qəzet

Şahin Məmmədov Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Şimali Osetiya-Alaniya Respublikasındak soyadaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.

Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun və Konqresin sədri Murtaza Gülməmmədov adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresindən doğum gününüz münasibətilə ən xoş və səmimi təbrikləri qəbul edin.

Bu gözəl gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uğurlar, yeni nailiyyətlər üçün tükənməz enerji və nikbinlik, Vətənimiz Azərbaycan Respublikasının rifahı naminə bütün xeyirxah əməllərinizdə uğurlar arzulayırıq.

Bu gün, hörmətli İlham Heydəroviç, siz istedadlı Prezident, peşəkar menecer, enerjili və məsuliyyətli insan, həmişə qələbə çalmaq əzmində olan bir insan nüfuzunu qazanmısınız. Sizin quruculuq və çoxşaxəli fəaliyyətiniz tarixi vətənimizi Azərbaycan Respublikasını güclü və müstəqil edib, quruculuq siyasətiniz beynəlxalq aləmdə geniş şəkildə tanınıb. Doğma dövlətimiz olan Azərbaycan Respublikasının başçısı kimi Siz respublika vətəndaşlarının və dünya azərbaycanlılarının layiqli hörmətini qazanmısınız.

Əminik ki, zəngin təcrübəniz, dərin biliyiniz, yüksək peşəkarlığınız və digər işgüzar keyfiyyətləriniz, diqqətəlayiq insani keyfiyyətləriniz illərlə unudulmayacaq. Əziz Prezident, sevimli vətənimiz Azərbaycan Respublikası naminə etdiyiniz hər şeyə görə Sizə təşəkkür edirik.

Ailənizdə əmin-amanlıq,xoşbəxtlik olsun.

Allah hədəflərinizə çatmağınıza kömək olsun”.