Siyası Online Qəzet

Krasnoyarskda “Qafqaz xalqları günü – 2023” tədbirini azərbaycanlılar keçirəcək

Rusiyanın Krasnoyarsk şəhərindəki Xalqlar Dostluğu Evində ilk dəfə olaraq “Qafqaz xalqları günü – 2022” tədbiri keçirilib. “Qafqaz Xalqarı günü”nün keçirilməsi hüququ hər il bir Qafqaz muxtariyyətindən digərinə keçir. Bu il tədbirə ev sahibliyi etmək şərəfi “İriston” Osetiya milli-mədəni muxtariyyətinin üzərinə düşüb.

Xalqlar Dostluğu Evinin foyesində qonaqları Qafqaz xalqlarının milli suvenirləri və təamların nümayiş olunub. Qonaqlar burada Azərbaycan paxlavasından, osetin piroqlarından, eləcə də çeçen “Vaynax” tortundan dadıblar.

Tədbirin konsert proqramı Qafqaz ansambllarının və Krasnoyarsk diyarının incəsənət ustalarının, o cümlədən “Odlar Yurdu” ansamblının, Şimali Osetiya və Dağıstan Respublikasından dəvət olunmuş incəsənət ustalarının ifasında vokal, instrumental və xoreoqrafik çıxışlarla zəngin olub.

image-or8qoj9stvq

Nəzərə çatdıraq ki, gələn il bu bayram tədbrini Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun rəhbəri olduğu Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı qeyd edəcək. Buna görə də bayram tədbirinin sonunda Osetiya muxtariyyətinin sədri Aleksandr Fardzinov dağ turunun keçid buynuzunu Krasnoyarsk diyarının regional Azərbaycan milli-mədəni muxtariyyəti sədrinin müavini Azər Mustafayevə təqdim edib.

image-q72jhftfk2q