Siyası Online Qəzet

Küveytdə həmyerlimizin tələbəsi Asiya çempionu olub

 

Küveytin “Al şabab” klubunun karateçisi Abdulla Şaban dekabrın 16-20 Özbəkistanda böyüklər arasında keçirilən 18-ci Asiya Çempionatın qalibi olub.

Bu haqda “Diaspornews.az”a Küveytin “Al şabab” klubunun baş məşqçisi həmyerlimiz Elnur İbrahim məlumat verib.
Abdulla Şaban dünyada 60 kq çəki dərəcəsi üzrə Top-7 də yer alıb. 2022-ci il Premier Liqa Reytinqində isə  2-ci yerdədir
Xatırladaq ki, Asiya çempionu olan Abdulla Şaban həmyerlimiz Elnur İbrahimin tələbəsidir. O, bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən karate üzrə Premyer Liqa yarışında Küveyt karate tarixində ilk medal- 3-cü yer, bürünc medalı qazanıb.
Onun məşqçisi Elnur Ibrahim 4 il Küveyt Millisini calışdırıb. 1 il “Al Salmiya” klubunun baş məşqçisi olub.

image-img-20221220-wa0097