Siyası Online Qəzet

Nərimanov rayonunda “Qəhrəmanlıq guşəsi”nin açılış mərasimi keçirilib

15 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilatçılığı və rəhbərliyi altında Nərimanov rayonu ərazisində Milli qəhrəmanlarının və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq guşəsi”nin açılış mərasimi keçirildi. Mərasimi Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı açaraq Vətən müharibəsi qəhrəmanlarının və Milli Qəhrəman ailələrinin və həmçinin, Vətən müharibəsi iştirakçılarının ailə üzvlərini salamlayaraq açılışda iştirak etdiyi üçün öz dərin minnətdarlığını bildirdi.
Və həmçinin, rəhbər çıxış zamanı müzəffər Ali Baş Komandan, Pezidentimiz İlham Əliyevə və rəşadətli ordumuza öz dərin minnətdarlığını bildirdi.
Sonra Milli Qəhrəman ailələri, Vətən Müharibəsi Qəhrəmanının anası Ziba xanım, şəhid Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım, Milli Qəhrəman, general Fəxrəddin Cəbrayılov, Milli Qəhrəman Sahil Babayev çıxış edərək park salındığı üçün təşkilata öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir iştirakçıları arasında Nərimanov rayon polis idarəsinin rəis müavini polkovnik Habil Sadıqov, Vətən Müharibəsi Qəhrəmanının qardaşı, Çevik Polis Alayının əməkdaşı, polkovnik – leytenant Qurban Qafalanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Bakı şəhəri Nizami rayon əməkdaşı, mayor Əzimov Ruhin, Fövqəladə Hallar Nazirliyinin nazir köməkçisi Nağıyev Ramil və bir çox ictimai liderlər, media və Nərimanov rayon ictimaiyyətinin nümayəndələri var idi.
Tədbirin təhlükəsizlik xidmətini Nərimanov rayon Çevik Polis Alayının əməkdaşları Əliyev Orxan, İsmayılov Elvin, Salmanov Rəfiq, Məmmədov Həsən həyata keçirdi.