Siyası Online Qəzet

Diaspor üzvləri Stalinqrad döyüşü qəhrəmanlarının xatirəsinə yaradılan muzeydə olublar

Noyabrın 22-də “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımovla muxtariyyətin üzvü İrina Silina və fəal Ramil Qasımovdan ibarət nümayəndələri İrina Yuryevna Qololobovanın dəvəti ilə “Stalinqrad döyüşü qəhrəmanlarının xatirəsinə 1566 saylı Maryinskaya məktəbi”ndəki 3-cü Qvardiya Stalinqrad Mexanikləşdirilmiş Korpusunun Hərbi Şöhrət Muzeyində olublar.

Muzeydə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla da bağlı xatirə lövhəsi yaradılıb. Burada Həzi Aslanovlala bağlı kitab, şəkil, jurnal və s. sərgilənib.

Əli Kazımov Muzeyə “Faşizm üzərində Qələbədə Azərbaycanın töhfəsi” kitabını hədiyyə edib. Öz növbəsində Muzeyin rəhbəri İrina Yuryevna Qololobova təşkilata Həzi Aslanovla çiyin-çiyinə döyüşən general-leytenant Nikolay Qriqoryeviç Orlovun “Qələbəyə aparan yol” kitabını hədiyyə edib.