Siyası Online Qəzet

QHT Sabunçu rayonunda keçirdiyi sosial layihəni yekunlaşdırıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi “İmkansız, yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə təşəbbüs” adlı layihəsini yekunlaşdırıb.

3 ay müddətində həyata keçirilən layihədə Bakıxanov qəsəbəsinin sakinləri olan imkansız, yaşlı, tənha, xəstə və  əlilliyi olan bir çox şəxsin sosial problemlərinin yaxşılaşdırılması məqsədi ilə onlara həm hüquqi, həm sosial, həm də mənəvi dəstək verilib.

Belə ki, adı şəkilən kateqoriyadan olan 40 nəfər şəxslə, Furqan ailəvi istirahət mərkəzində, onlara mənəvi dəstək olmaq  məqsədi ilə 2 dəfə yemək və çay süfrəsi arxasında görüş keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, QHT sədrləri, Sabunçu rayonunun ictimaiyyət nümayəndələri, bələdiyyə sədri və digər şəxslər də iştitak ediblər. Həmin görüşlərdə AMXXİB-nin sədri Kübra Babayeva 40 nəfər imkansız şəxsə öz hesabına ərzaq sovqatları paylayıb.

Layihə çərçivəsində hüquqşünas tərəfindən 35 nəfər yataq xəstəsi, əlilliyi olan və tənha yaşayan şəxsə sosil problemlərinə dəstək olmaq məqsədi ilə hüquqi  yardım göstərib.

Dəfələrlə ictimai birliyin ofisində hüquqşünas və ekspertin iştirakı ilə imkansız və ahıl şəxslərin sosail problemlərinin həlli məqsədi onlarla görüşlər və  dəyirmi masalar keçirilib.

Bundan əlavə Zəfər Günü ərəfəsində, 5 noyabr 2022-ci il tarixində Kübra Bababyeva xəstə, aztəminatlı, ahıl, əlil şəxsləri, həmçinin şəhid və qazi ailələrindən olan uşaqları tibbi müayinədən keçirtmək üçün ictimai birliyin ofisində aksiya təşkil edib.

Aksiyada Novomed tibb mərkəzinin baş həkimi, 11 saylı poliklinikanın və 13 saylı təcili yardım stansiyasının həkimləri, Tibb Universitetinin cərrahiyyə korpusunun həkimləri Rəşid Əmrahov, kardioloq Vüsalə Mustafayeva, dermatoloq Qulu Əbülfəzov, terapevtlər Məriyyət Əliyeva, Natella Kərimova, pediator Mehriban Eynalova, nevropatoloq Leyli Dəmirçiyeva, radioloq Sevil Yaqubova, ortoped Şəmsəddin Xudaverdiyev, oftalmoloqlar Ziba Quliyeva və  Aysel Qəlbinur, tibb bacıları Vüsalə Babaşova və Reyhan Xəlilova iştirak etmişlər.

Aksiya zamanı ümumilikdə 32 nəfər tibbi müayinədən keçirilərək, xəstəlikləri müəyyən edilmiş, onlara müalicə kursları təyin edilmişdir.