Siyası Online Qəzet

BAK üzvünün “Əfsanəvi General” adlı kitabının təqdimatı keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin fəal üzvlərindən biri, Rotterdam həftəsonu məktəbini ilk rəhbəri və müəlluməsi olmuş, publusist-şair, Yasəmən Əkbərova, bu il 6 noyabda, Bakı şəhərində, şəhid general Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimatını keçirmişdir.

Onun dəvəti ilə, təqdimatda ölməz general Polad Həşimovun anası Səmayə xanım və bacısı Kəmalə xanım da iştirak etmişdilər.

Tədbirə həmçini, şair, yazıçı və digər qonaqlar, o cümlədən, “Dayaq” İctimai Birliyinin üzvləri də dəvət almışdılar.

Qürbətdə yaşadığı halda, vətənə hər zaman qulluq edən Yasəmən Əkbərova diasporumuzun fəal üzvlərindən biridir

Benilüks Azərbaycanlıları Konqresinin üzvləri və Niderland Krallığında fəaliyyət göstərən digər təşkilar və icma üzvləri, eləcə də diaspor fəalları Yasəmən Əkbərovanı bu uğuru münasibətilə təbrik edir ona yeni müvəffəqiyyətlər arzulayır.

image-c13f2812-25f8-43d6-841a-f373e3316160