Siyası Online Qəzet

Zəfər zirvəsi

Prezident İlham Əliyev: “Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”

Dünya azərbaycanlıları 8 Noyabr- Zəfər Gününün ikinci ildönümünü də böyük çoşğu və sevgi ilə qeyd etdilər. Azərbaycanda və xarici ölkələrdə Zəfər Günüün ikinci ildönümü ilə bağlı saysız tərdbir və görüşlər, rəsmi qəbullar keçirildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada tədbir təşkil olunmuşdu. Şuşada bu tədbirin keçirilməsinin rəmzi mənası var. Cənab Prezidentin tədbirdəki çıxşında qeyd etdiyi kimi Vətən müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər…Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Qarabağı Şuşasız təsəvvür etmək olmur. Eləcə də Vətən müharibəsində Şuşasız qələbə də mümkün deyildi. Elə Vətən müharibəsinin ilk günündən Zəfər yolu Şuşaya gedirdi. Azərbaycan əsəgəri Şuşa arzusu ilə döyüşürdü. Bu, həm də zirvəyə doğru, Zəfər zirvəsinə doğru döyüşə-döyüşə irəliləmək idi. Böyük Qələbə Şuşanın azadlığı ilə tamam oldu. Azərbaycan əsgəri Şuşa zirvəsinə əli yalın çıxıb. Dünya hərb sahəsinin ekspertləri əsgərlərimizin bu şücaətinə hələ də heyran qalıblar. Artıq Azərbaycanın bu döyüş təcrübəsi müxtəlif ölkələrin hərbi məktəblərində öyrənilir. Bununla bir daha demək olar ki, Azərbaycan Ordusunun döyüş taktikası örənək xarakteri daşıyır.

Azərbaycan 2020-ci ildə Ermənistanla ədalətli müharibə aparırdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu inamla döyüşürdü. Ordumuzun bu mübarizliyini cənab Prezident Şuşadakı nitqində “Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır” deyərək qiymətləndirib. Bu, torpaqlarımızın azadlığı, haqq uğrunda döyüş idi. Hər gün yeni şəhərlərin, kəndlərin, qəsəbələrin, yüksəkliklərin azad edilməsi xalqımızda Qələbəyə böyük inam yaradırdı. Bütün bunlar da əsgərlərimizə böyük ruh yüksəkliyi verirdi. Azərbaycan əsgəri, Azərbaycan zabitinin amalı erməni işğalına son qoymaq idi. Müzəffər Azərbaycan Ordusu bu amalına çatdı və bununla Vətən müharibəsində tarixi zəfər çalındı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi. “Dəmir yumruq” əməliyyatı uğurla yerinə yetirildi. Cəbhə xəttindən rayon və kəndlərimizin azad olunması xəbərlərin gəlməsi dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanırdı. Birlik və həmrəyliyimiz daha da güclənirdi.  Prezident İlham Əliyevin çıxşında da bu məqam xüsusi vurğulanıb: “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq”.

Vətən müharibəsində Böyük Qələbə xalqımızın milli yaddaşının qızıl fonduna həkk olunub. Bu Qələbə ilə regionda yeni geosiyasi reallıq yaranıb. Azərbaycan regionda öz mövqeyini bildirdi, işğalla barışmazlığını sübut etdi. Artıq dünya azərbaycanlıları “Qalib xalq” düşüncəsi ilə alını açıq gəzir. Eyni zamanda Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycana qarşı dünya dövlətlərinin baxışı dəyişib. Azərbaycanın əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyini, dövlət müstəqilliyini daha da möhkəmləndirib. Azərbaycan Zəfər qazanan ölkə olaraq dünyada tanınır. Bu baxımdan Cənab Prezidentin Şuşada qalib ölkənin Ali Baş Komandanı, müzəffər sərkərdə olaraq çıxışı qürurvericidir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi