Siyası Online Qəzet

MEK tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar hədiyyə olunub

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, hədiyyə olunan nəşrlər ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunub. Həmçinin Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini əks etdirən “Azerbaijan short history of statehood”, “Taynı Baku”, “İstoriçeskaya qeoqrafiya zapadnoqo Azerbaydjana”, “Qenosid azerbaydjantsev v İrevanskoy qubernii (1918-1920)”, “Terror: events, facts, evidence” və digərləri yer alıb.

Kitabları MEK adından Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edib.

Qeyd edək ki, bu silsilədən olan kitabların MEK tərəfindən digər ölkələrin kitabxanalarına da göndərilməsi nəzərdə tutulur. Eləcə də kitabxana “Heydər Əliyev İli” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə əməkdaşlıq etdiyi bütün müəssisə və təşkilatlarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitab sərgisinin təşkilini planlaşdırır.