Siyası Online Qəzet

Milli Qəhrəman Koroğlu Rəhimovun 69-cu mövludu qeyd edilib

31.10. 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı və rayon nümayəndəliklərinin rəhbərləri və həmçinin Nərimanov rayon ictimaiyyəti şəhid Milli Qəhrəman Koroğlu Rəhimovun 69-cu mövludu münasibətilə Nərimanov rayonu ərazisində yerləşən büstünü ziyarət edərək büstün önünə gül dəstələri qoyublar. Ziyarət zamanı iştirakçılar xatirə şəkilləri çəkdirdilər.
Daha sonra şəhidimizin xatirəsinə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin ofisində çay süfrəsi ehsanı verildi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!


Nərmin Səfərova

Vetenqehremanlari.az