Siyası Online Qəzet

“Müstəqilliyin Bərpası Gününün qeyd edilməsi hər soydaşımıza vətəndaşlıq hissini yaşadır”

 

“Müstəqil dövlətin vətandaşı olmaq əvəzedilməz milli fəxr hissidir. Biz də müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq 31 ildir bu qüruru yaşayırıq”. Bu sözləri Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza bildirib.
O deyib ki, ildən-ilə müstəqilliyimizin dəyər və qiymətini daha çox anlayırıq: “18 oktyabrda Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Gününün qeyd edilməsi hər soydaşımıza vətəndaşlıq hissini yaşadır. Bu müstəqilliyin qazanılması və qorunması torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarını fəda edən şəhidlərimizin sayəsində baş verib. Allahdan bütün şəhidləriməzə rəhmət diləyirik. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla müstəqilliyimizə sahib çıxdı”.