Siyası Online Qəzet

Kaluqanın azərbaycanlı icması humanitar yardım aksiyasında iştirak edib

Kaluqa Vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Əbülfət Qurbanovun sözlərinə görə, paylayıcı mərkəzə yük maşını ilə 900 min rubl dəyərində olan bir ton yarım ərzaq və sənaye malları göndərilib: “Bu mərkəzə dünyanın hər yerindən humanitar yardımlar göndərilir. Orada ərzaq məhsulları ayrı-ayrı bağlamalarda çeşidlənir və daha sonra Donbasa daşınır.
Yüklərin yarıdan çoxunu uşaq və böyüklər üçün qış geyimləri və ayaqqabıları, ev və idman kostyumları, həmçinin dənli bitkilər, makaron, şəkər, çay, qatılaşdırılmış süd və zəruri mallar təşkil edir”.

image-20-57-03-1664998550_1

image-20-57-07-1664998588_4