Siyası Online Qəzet

Birinci Qarabağ müharibəsinin şəhidi giziri anılıb

Birinci Qarabağ müharibəsinin şəhidi gizir Quliyev Kamil Mobil oğlu 1974-cü ildə Laçın rayonunda anadan olsa da, daha sonra ailəsi ilə birgə Şuşa şəhərinə köçüb. Atası sürücü, anası evdar xanım olan Kamil ailənin 6 övladından 3-cüsü idi.
Kamil yaraşığı, boy-buxunu ilə həmyaşıdlarından seçilirdi və idmana da xüsusi marağı var idi.
Birinci Qarabağ savaşı başlayan ərəfələrdə neft sahəsi üzrə universitetə sənəd verməyinə baxmayaraq Vətən sevgisi onu həm ailəsindən, həm sevdiyi xanımdan və ali təhsil almaq arzusundan qopardı.
Rahat həyatını və arzularını geridə qoyan Kamil könüllü olaraq ordu sıralarına qoşuldu və Vətənimizin müdafiəsi uğrunda 25 avqust 1994-cü ildə şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin kiçik qardaşı Quliyev Xaliq Mobil oğlu 2-ci Qarabağ müharibəsi zamanı Laçın rayonunun azadlığı Birinci Qarabağ müharibəsinin şəhidi gizir gedən döyüşlərdə ağır yaralanaraq Vətən müharibəsi qazisi oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nərmin Səfərova