Siyası Online Qəzet

Şəhid qardaşının kitabının təqdimat mərasimi keçirilib

İyunun 11-də şəhid baş leytenant Səfərov Hikmətin qardaşı şair- yazıçı Rəmzi Dönməzin (Səfərov) “Günahın kölgəsi” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Səfərovlar nəslinin nümayəndələri, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov və Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi İctimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri Nərmin Səfərova, jurnalistlər, həvəskar oxucular və digər dəyərli insanlar iştirak edirdi.
Tədbirə gələnlər kitab haqqında öz maraqları fikirlərini paylaşdılar və həmçinin, müəllif Rəmzi Dönməz gələnlərə təşəkkür edərək hər kəsə imzalı kitab bağışladı.
Sonda isə tədbir təşkilatçıları xatirə şəkilləri çəkdirdilər.


Nərmin Səfərova