Siyası Online Qəzet

Azərbaycanın minifutbol millisi Avropa çempionu olub-VİDEO

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“V’ətənqərəmanları.az”ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0.

“İdman TV” telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.

Qeyd edək ki, Azərbaycan millisinin son 3 görüşündə yendiyi komandalar daha əvvəl Avropa çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib.