Siyası Online Qəzet

Turkiyədə Təhsil 2022

Türkiyə Azərbaycana həm dil, həm ərazi həm, mədəniyyət, din və bir çox sahədə ən yaxın ölkədir. – “Qardaş ölkədir”.

Dünyanın ən yaxşı təhsil verən ölkələri siyahısında Türkiyə universitetləri də yer alır. Türkiyə universitetləri hər il minlərlə xarici tələbə qəbul edir. Bunlar arasında ən çox Azərbaycanlı tələbələr üstünlük təşkil edir.

Nəyə görə Turkiyede tehsil?

Azərbaycanlı tələbələrin üstünlük verdiyi ölkələr sırasında Türkiyə ilk sırada gəlir. Türkiyəni gənclər üçün maraqli edən səbəblər məsafəmizin al olması, dilimizin demək olar eyni olması, ən əsasıda aşağı qiymətlərlə yüksək keyfiyyətli təhsil almaq imkanıdır.

Avropanın digər ölkələrinə nisbətən keyfiyyətli təhsil verməsinə baxmayaraq Türkiyədə təhsil qiymətləri çox münasibdir.

Tələbələrin üstünlük verdiyi sahələr Tibb,mühəndislik, biznes, turizm, marketinq və ticarət, beynəlxalq əlaqələr, həmçinin kompüter texnologiyalarıvə s  dir.

Türkiyede tehsil sistemi Boloniya prosesi prinsipi əsasındadır. Türkiyədə təhsil alan xaricilər bir çox üstünlüyə malikdir. Türkiyədə olan 11 universitet dünyanın ən yaxşı universitetləri beynəlxalq sıralamasına daxil edilib. Elə buna görə də bir çox iqtisadi qiymətlərlə Avropa və İngilis təhsili keyfiyyətində təhsil təklif edir.

Türkiyədə təhsil almaq istəyən tələbələr heç bir imtahan vermədən yalnız attestatla Türkiyənin özəl və ya dövlət universitetlərində təhsil ala bilərlər.

Turkiyede bakalavr, magistr və doktorantura təhsili ala bilərsiniz.

Türkiyədə təhsil müddəti aşağıdakı kimidir:

Bakalavrlar üçün təhsil müddəti 4 ildir.

Magistr üçün 1.5- 2 ildir

Elnlər doktoru üçün təlim iki ildən 4 ilədək davam edir.

Türkiyədə təhsilin üstünlükleri

Türkiyədə təhsil almaq istəyən tələbələr üçün üstünlüklər çoxdur. Universitetlər inkişaf etmiş infrastruktur ilə tələbələrə rahat yaşayış üçün 24 saat internet və rahat kampusla təmin edir. Bundan əlavə Türkiyədə olan qabaqcıl universitetlər tələbələr üçün sərfəli təcrübə və təcrübə proqramları təklif edən milli və xarici şirkətlərlə əməkdaşlıq edir. Buna görə də tələbə təhsil alarkən artıq potensial işə götürən tapa bilməsi vacibdir.

Üstünlüklərdən biridə Türkiyə universitetlərinin diplomları Azərbaycan da daxil olmaqla dünyanın 30- dan çox ölkəsində tanınır. Türkiyede tehsilin ən yaxşı üstünlüyüdə təhsil alarkən işləyə bilməyinizdir. Azərbaycanlı tələbələr üçün ən yaxşı üstünlük əziyyət çəkərək əlavə dil öyrənməməsidir. Türk dili 98% Azərbaycanlıların anlayıb başa düşdüyü dildir.

Yaşayış xərcləri

Türkiyədə yataqxana qiymətləri şəhərdən və universitetdən fərqli olaraq dəyişir. Dövlət yataqxanalarında qiymət  aylıq 50 USD. Buraya gün ərzində iki dəfə yemək daxildir. Lakin Türkiyənin bəzi şəhərlərində dövlət yataqxanaları birinci ildən Azərbaycanlı tələbələri qəbul etmir. Tələbələr özəl yataqxanalarda 500 TL ödəniş edərək qala bilərlər. Qiymətə gün ərzində iki dəfə yemək daxildir.

 

Türkiyədə attestatla təhsil almaq üçün lazım olan sənədlər aşağıdakılardır :

Bakalavrlar üçün :

1. Attestat (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış)

2. Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı

3. Fotoşəkil 3×4 ölçüsündə (12 ədəd)

4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

Magistratura üçün:

1. Bakalavr diplomu

2. Transkript (Qiymət cədvəli dekanlıqdan istəsəniz veriləcək) qiymətlərinin çıxarılışı (4 illik)

3. Fotoşəkil (rəngli) 3×4 ölçüsündə 12 ədəd

4. Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi

5. 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən.

6. Niyyət məktubu 1 ədəd

Türkiyədə təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır

  • * İqtisadiyyat
  • * Beynəlxalq münasibətlər
  • * İdarəetmə (Menecment)
  • * Maliyyə
  • * Bank işi
  • * Turizm
  • * Müəllimliyi
  • * Mexanika  Mühəndisliyi
  • * Elektrik Mühəndisliyi
  • * Komputer Mühəndisliyi
  • * İnşaat Mühəndisliyi
  • * Aqronomluq
  • * İncəsənət
  • * İdman
  • * Digər ixtisaslar…

Turkiyede tehsil zamanı imtahanla imtahansız qəbul arasında bəzi fərqlər olur. Universitetə imtahan verib qəbul olarkən bir ixtisas və bir universitet seçə bilərsiniz. İmtahansız qəbul zaman isə ixtisas və universitet zamanı minumum 5 ədəd seçim etməlisinizsə qəbul şansınız yüksək olsun. Çünki universitetlərin əksəriyyəti YÖS imtahanı verən tələbələri qəbul etməyi daha üstün tuturlar.

Türkiyədə ingilis dilində təhsil almaq üçün sizdən TOEFL təhsili tələb olunacaq. Həmçinin Türkiyədə dövlət universitetlərində təhsil almaq üçün SAT imtahanıda tələb olunur.

Türkiyədəki dövlət universitetlərinin illik təhsil haqqısı 200-1200 dollar arası dəyişir. Özəl universitetlərdə isə 2500-15000 USD arası dəyişir təhsil haqqı. Dövlət universitetləri üçün isə daha aşağıdır və güzəştlər mövcuddur.

Türkiyədə təqaüdlü təhsil

Türkiyədə təqaüdlə təhsil almaq üçün Türkiyə burslarına müraciət eləmək lazımdır. Həmçinin özəl universitetlərdə tələbələr üçün daxili bursları təqdim edir.