Siyası Online Qəzet

Oxu.az – “Coker”in rejissoru filminin ikinci hissəsi üzərində işə başlayıb

“Coker”in rejissoru Todd Fillips filminin ikinci hissəsi üzərində işə başlayıb. O, özünün “Instagram” hesabında ikinci hissənin ssenarisinin üz qabığını paylaşılıb. Paylaşımda həmçinin baş rol ifaçısı Hokain Feniksin fotosu da yer alıb.

Məlumata görə, Todd Fillips ssenarini Skott Silver ilə birlikdə yazıb. Filmin işçi adı “Joker: İki nəfər üçün dəlilik”dir (“Joker: Folie a Deux”). Süjetin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, “Coker”in birinci hissəsinin premyerası 2019-cu ildə baş tutub. Hokain Feniks filmdəki baş roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Oskar”a layiq görülüb. Ondan əlavə filmin bəstəkarı Hildur Qadnaouttir də mükafat alıb.

Bundan əvvəl bildirilmişdi ki, “Coker”in sikvelinin çəkilişləri 2023-cü ildə başlayacaq. Qadın baş rolu Ledi Qaqa canlandıra bilər.

Mənbə: BURO

[ad_2]