Siyası Online Qəzet

“Moderna” yenilənmiş COVID-19 peyvəndinin “Omikron” variantına qarşı təsirli olduğunu bildirib

Vaşinqton, 9 iyun, AZƏRTAC

İyunun 8-də “Moderna” şirkətinin rəhbərliyi elan edib ki, yenilənmiş COVID-19 buster dozası “Omikron” variantının qarşısını peyvəndin orijinal versiyasından daha yaxşı alır.

“Moderna”nın prezidenti Stefan Bansel qeyd edib ki, yenilənmiş peyvəndin nəticələri təsiredici olub. Belə ki, peyvənd xəstəyə vurulduqdan bir ay sonra orqanizmdə “Omikron”a qarşı 1,75 dəfə çox zərərsizləşdirici anticisimlər istehsal olunur.

“Moderna” şirkətinin keçirdiyi klinik sınaqlarda 437 könüllü iştirak edib. Hazırda ABŞ-da qeydə alınmış yoluxma hallarının 13 faizi “Omikron” variantına aiddir.

AZƏRTAC-ın Vaşinqton bürosu

AZERTAG.AZ :“Moderna” yenilənmiş COVID-19 peyvəndinin “Omikron” variantına qarşı təsirli olduğunu bildirib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]