Siyası Online Qəzet

Ehtiyacı Olan Qazilərə Və Şəhid Ailələrinə Mexaniki Əlil Arabaları Təqdim Edilib – FOTO

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi yüksək hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi, nəticədə bu gün üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır.

Prezident və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərilir, mənzillə və avtomobillə təqdim edilir, digər ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atılır. Eyni zamanda qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərmək hər birimizin borcudur.

“Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərcivəsində ehtiyacı olan qazilərimizə və şəhid ailələrinə verilməsi məqsədilə Milli Məclisin Gənclər və İdman Komitəsinin köməkliyi ilə Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk mədəniyyət dərnəyi” və “Kros medical” tərəfindən ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirilib.

Bu gün deputat həmkarlarım Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın, Vüqar İskəndərovun, Əziz Ələkbərlinin, eləcə də dərnəyin rəhbəri İlhan Aşkının, ilahiyyatçı alim Hacı Şahin Həsənlinin, şəhid ailələrinin, qazilərin, media və ictimaiyyət nümayəndələrinin iştirakı həmin arabaların bir hissəsini qəhrəmanlarımıza və onların ailə üzvlərinə təqdim etdik. Dövlət başçımız İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!”.

Bütün tədbir iştirakçılarına öz adımnan minnətdarlığımı bildirirəm.

Adil Əliyev
MM-in 1-ci vitse spikeri.

Vətənqəhrəmanları.Az