Siyası Online Qəzet

Avrokomissiyanın prezidenti Ursula Fon der Lyayen Romada səfərdədir

Roma, 9 iyun, AZƏRTAC

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Romaya səfər edib.

AZƏRTAC xəbər verir ki, Ursula Fon der Lyayen Romanın meri Roberto Qualtieri ilə görüş keçirib.

Avropa Komissiyasının prezidenti, həmçinin Vatikanda Pontifik Şurası Elmlər Akademiyası tərəfindən təşkil olunan “İnsanlar və planet üçün gələcəyin yenidən qurulması” adlı konfransın açılış sessiyasında çıxış edib.

Ursula Fon der Lyayenin Romada müxtəlif rəsmilərlə görüşləri nəzərdə tutulub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

AZERTAG.AZ :Avrokomissiyanın prezidenti Ursula Fon der Lyayen Romada səfərdədir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]