Siyası Online Qəzet

Alı Mustafayevin Xatirəsi Yad Edilib

Aprelin 14-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi şəhid Milli Qəhrəman Alı Mustafayevin əziz xatirəsini 70-ci doğum günündə yad etdi. Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı və heyəti ilə yanaşı, şəhid Milli Qəhrəmanımızın yaxınları, əzizləri də iştirak edirdi. Tədbir iştirakçıları Qəhrəmanımız ilə bağlı xatirələrini bölüşdü və sonda xatirə şəkilləri çəkildi.