Siyası Online Qəzet

19 yaşlı oğlan özünü BIÇAQLADI

Şəmkir sakini özünə xəsarət yetirib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

2003-cü il təvəllüdlü Elcan Cömərdov qarın boşluğunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilərək əməliyyat edilib.

Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 19 yaşlı oğlan özünə bıçaqla xəsarət yetirib. Onun özünü hansı səbəbdən bıçaqlaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

[ad_2]