Yeni WordPress Saytı

Prezidentin köməkçisi: Xalqların birgə yaşaması üçün sülh çox vacibdir

Mədəniyyətlər arasında əməkdaşlıqlar olmalıdır. Bu, konsepsiyalarda da öz əksini tapıb. Sülh konsepsiyasının Cənubi Qafqazın hüdudlarından çıxmasını istəyirik.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı ifadə edib.

Prezidentin köməkçisi deyib ki, məqsəd Azərbaycanda əsrlərlə yaradılan mühiti, Azərbaycan xalqının digər xalqlara olan münasibəti, hörməti sahəsindəki təcrübəsini paylaşmaqdır.

“Ölkənin sülh konsepsiyası və xalqların birgə yaşaması üçün sülh çox vacibdir”, – deyə Hikmət Hacıyev əlavə edib.

Vətənqəhrəmanları.az

Aygün Məmmədova