Yeni WordPress Saytı

Qəhrəman həkim

 

Həkim! Bəzilərinin düşüncəsinə görə peşə, ixtisas, bəzilərinə görə isə tanrı tərəfindən bəxş edilən bir varlıq. Ağ libaslı bu insanların tanrının bu dünyaya bəxş etdiyi mələklər hesab edə bilərik. Dərinliyinə varsaq, həkimliyin özünəməxsus çətinlikləri ilə yanaşı, fərqli bir təzadı var. O təzad ki, insan həyatında böyük izlər qoyur. Qəhrəman həkim isə ilk öncə daxili mənəviyyatının zənginliklərlə dolu və böyük ürəyə sahib olmasıdır. Belə qəhrəman həkimlərimizdən biri isə son dönəmlər tez -tez qarşılaşdığım “Myomed” klinikasının baş həkimi terapevt Nərminə xanım Abbasovadır.
Hər dəfə söhbət əsnasında Nərminə xanımın daxili dünyasını daha çox kəşf etməyə başlayıram. Qəlbinin dərinliklərində yerləşən, insaniyyətlik, sevgi duyğuları gözlərindən oxumaq olardı. Təkcə həkim olaraq deyil, Nərminə xanım qarşılaşdığı hər bir xəstəsinə daxili sevgisi ilə yanaşaraq, onların yaralarına məlhəm olmağa çalışır. Ağ libaslı mələyimin şəfalı əlləri ilə göstərdiyi misilsiz xidmətləri hər bir xəstəsinin həyatında “Qəhrəman həkim” olmuşdur. Bəli Qəhrəman həkim.
Son dönəmlərdə göstərdiyi xidmətlərə əsasən, qazandığı mükafatlar bunun bariz nümunəsidir. Eləcə də Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanitma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov tərəfindən, uzun illərin həsrətinə son qoyan 44 günlük müharibədə arxa cəbhə olaraq, göstərdiyi xidmət və vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə üçün Fəxri Diplomla təltif olundu. Bu təltifnamə sıralarında Nərminə xanım, öz adının qeyd olunduğuna görə başda cənab Prezident İlham Əliyev, daha sonra Ədhəm müəllimə xüsusi minnətdarlığını bildirdi.
Biz də Vetenqehremanlari.az saytı olaraq Nərminə xanımı təbrik edirik. Ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

Gülnar Ələsgərova