Yeni WordPress Saytı

ABŞ jurnalisti “The Bukharian times” qəzetində Bakı təəssüratlarını yazıb

Xəbər verdiyimiz kimi, Zəfər Günü ərəfəsində ABŞ-da nəşr olunan “The Bukharian times” qəzetinin (Bukhariantimes.org) təsisçisi və baş redaktoru, Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektalov Bakıda səfərdə olub.

Vetenqehremanlari.az xəbər verir ki, səfər çərçivəsində Rafael Nektalov diaspor jurnalisti Fuad Hüseynzadə ilə birgə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevlə görüşüblər. Rafael Nektalov bu görüşlərlə bağlı “Bukhariantimes” qəzetində yazı dərc edib. Müəllif “Əhəmiyyətli və perspektivli görüşlər” adlı yazısında mədəniyyət naziri Anar Kərimovla ilk görüşünün bu ilin sentyabrında Özbəkistanın Xivə şəhərində Böyük İpək Yoluna həsr olunmuş konfransda olduğunu xatırladıb. Nektalov nazirə Buxara yəhidiləri ilə bağlı qəzet, təqvim və kitablar hədiyyə etdiyini vurğulayıb: “O, Azərbaycan xalqına hörmətlə yanaşan, Azərbaycan incəsənətini və mədəniyyətini ABŞ-da tanıdan icmamıza minnətdarlığını bildirdi. Musiqi, incəsənət və kino sahəsində mədəni layihələri müzakirə etdik”.
Yəhudi əsilli jurnalist məqaləsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevlə görüşünün onun yaddaşında uzun müddət qalacağını yazıb. “Biz səmimi şəraitdə keçən söhbətimizdə DİDK ilə Buxara Yəhudiləri Konqresi arasında xalq diplomatiyasının inkişaf perspektivlərini müzakirə etdik.

E. Əliyev xüsusilə qeyd etdi:

– Hazırda komitə sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətimiz ABŞ – dadır. Bildiyiniz kimi, orada da azərbaycanlıları, dağ və Avropa yəhudilərinin böyük diasporu yaşayır və onlar müxtəlif şəhərlərdə Qələbə Gününü qeyd edəcəklər.

O, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Vətən müharibəsindəki Zəfər Günündə Bakıda qalmaq, xalqın sevincini bölüşmək istəyimə görə mənə təşəkkür etdi”-, deyə o əlavə edib.

Məqalədə Azərbaycanda keçirilən VIII Qlobal Bakı Forumunun mövcud beynəlxalq vəziyyət, sülh və təhlükəsizliyə ən ciddi təhdidlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.